Hormonlar hər bir insanın gündəlik həyatının bir çox sahəsinə təsir göstərir. Onlar bizim əhvalımızı, görünüşümüzü və ümumi rifahımızı idarə edirlər. Kişilərdə bütün cinsi hormonların 80%-ə qədəri androgenlər, qalanları estrogenlərdir.
Hormonların normal sintezi kişi orqanizmində aşağıdakıları təmin edir:
Cinsi və reproduktiv funksiyanın qorunub saxlanılması
Yaxşı fiziki durum.
Sümük, əzələ və ürək-damar sistemlərinin sağlamlığı.
Yüksək potensiya.
Androgenlərin kişi orqanizmində bir çox funksiyalar yerinə yetirir onlardan bəziləri kişi bədən tipində inkişaf, cinsiyyət orqanlarının və prostat vəzin formalaşması, əzələ kütləsinin artması, aşağı səs tembrinin formalaşması, bədəndə kişi tipli tüklənmə və cinsi aktivliyə olan təsirdir.
Estrogenlərin kişi orqanizmində rolu
Estrogenlər aromataza fermentinin təsiri ilə həm qadın həm də kişi orqanizmində testosterondan sintez olunur. Aromataza fermenti kişilərdə testislərində (xaya), süd vəzilərində və piy toxumasında mövcuddur.
Kişi orqanizmində estrogenlər spermatozoidlərin yetişməsində və seminal mayenin sintezində mühüm rol oynayırlar,həmçinin potensiyanın tənzimlənməsində iştirak edərək intim və reproduktiv sağlamlığın qorunmasında mühüm rol oynayırlar.
Hər iki qrup hormonlar, yəni həm androgenlər həm estrogenlər kişi orqanizminin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edirlər. Androgen/Estrogen nisbətinin pozulması kişilərdə bir sıra xəstəliklərə səbəb ola bilər. Hiperestrogeniya estrogenlərin testosterondan sintezinin artması və nəticədə qanda və toxumalarda səviyyəsinin normadan çox olmasıdır.
Yaşla, kişilərdə aromataza aktivliyi artır, bu da estrogen sintezinin artmasına və androgen səviyyəsinin nisbi azalmasına səbəb olur. Estrogen/androgen nisbətinin optimal indeksini pozur, bu da müxtəlif xəstəliklərlə, həmçinin prostat vəz adenoması, prostat vəz hiperplaziyası, sonsuzluq kimi xəstəliklərlə nəticələnə bilər.
Artıq çəkidən əziyyət çəkən kişilərdə aromataza fermentinin aktivliyi artır. aromataza fermentinin yüksək aktivliyə malikolduğu piy toxuması hüceyrələrdə daha çox estrogen sintez edilir ki bu da öz növbəsində bədəndə estrogen səviyyəsinin artmasına və estrogen/testosteron balansının pozulmasına səbəb olur. Hiperestrogeniya nəticəsində bu dəyişikliklər kişilərdə bel və sinə nahiyəsində piy toxumasının daha da artmasına, potensianın azalmasına, emosional gərginliyə və əhval-ruhiyyənin pisləşməsinə, əzələ zəifliyinə, həmçinin prostat vəzinin hiperplaziyası və adenoması kimi bir sıra xəstəliklərin inkişafına səbəb olur. Kişilərdə estrogen/testosteron nisbətinin pozulması həmçinin keyfiyyətli spermatozoidlərin yetişməsi prosesinə tormozlayıcı təsir göstərə və beləliklə sozsuzluğa da səbəb ola bilər.
INOVASOL 600® Aromataza fermentinin modulyatoru, testosteronun estogenlərə çevrilməsinin qarşısını alaraq hormonal balansı normallaşdırır.
INOVASOL 600® Kişilərdə hiperestrogen vəziyyətlərin müalicəsində yeni effektiv müalicə strategiyasıdır.