Hormonal balans sağlamlığın əsas bünövrəsidir.

Hormonlar hər bir insanın gündəlik həyatının bir çox sahəsinə təsir göstərir, əhvalımızı, görünüşümüzü və ümumi rifahımızı idarə edirlər. Hormonal disbalans özünü müxtəlif əlamətlərlə göstərə bilər: yorğunluq və əhval dəyişiklikləri, dəri problemləri və hətta ciddi xəstəliklərlə nəticələnə bilər. Məsələn, cinsi hormonların səviyyəsinin dəyişməsi reproduktiv sağlamlığa təsir edə bilər, sonsuzluq və menstrual tsikl pozğunluqları, osteoporoz yarada bilər, çəki probleminə səbəb ola bilər. Hormonal disbalans psixo-emosional vəziyyətə də təsir edərək depressiya, narahatlıq, əsəbilik, yuxu və yaddaş pozğunluqlarına səbəb ola bilər.

Qadın orqanizmində estrogenlərin rolu

Estrogenlər həm qadın, həm də kişi orqanizmində aromataza fermentinin təsiri ilə testosterondan sintez olunur. Aromataza fermenti yalnız qadınların yumurtalıqlarında və ya kişilərin testislərində deyil, həm də endometriumun hüceyrələrində, süd vəzilərində və yağ toxumasında mövcuddur. Qadınlarda estrogenlər menstrual dövrün tənzimlənməsində və endometriumun yetişməsində mühüm rol oynayırlar.

INOVASOL 600® aromataza fermentinin aktivliyini tənzimləyir və nəticədə optimal estrogen balansını təmin edir.

INOVASOL 600® yüksək estrogen səviyyələrini normallaşdırmaqla estrogendən asılı xəstəliklərin daha da inkişafının qarşısını alır, simptomları aradan qaldırır, xəstələrin həyat keyfiyyətini yaxşılaşdırır və residivlərin rastgəlmə tezliyini azaldır.

Comments are closed.