Kişilər üçün

Aromataza fermenti aktivliyinin modulyatoru

Həm kişilərdə, həm də qadınlarda hormonal və reproduktiv patologiyaların müalicəsi üçün innovativ preparat

Hormonlar hər bir insanın gündəlik həyatının bir çox sahəsinə təsir göstərir. Onlar bizim əhvalımızı, görünüşümüzü və ümumi rifahımızı idarə edirlər. Kişilərdə bütün cinsi hormonların 80%-i androgenlər, qalanları isə estrogenlərdir.

Hormonların normal sintezi kişi orqanizmində aşağıdakıları təmin edir:

  • Cinsi və reproduktiv funksiyanın qorunub saxlanılması,
  • Yaxşı fiziki durum,
  • Sümük, əzələ və ürək-damar sistemlərinin sağlamlığı,
  • Yüksək potensiya.
Androgenlər kişi orqanizmində bir çox funksiyanı yerinə yetirir. Onlardan bəziləri kişilərin bədən tipində inkişaf, cinsiyyət orqanlarının və prostat vəzinin formalaşması, əzələ kütləsinin artması, aşağı səs tembrinin formalaşması, bədəndə kişi tipli tüklənmə və cinsi aktivliyə təsirdir.

Estrogenlərin kişi orqanizmində rolu

Estrogenlər, aromataza fermentinin təsiri ilə həm qadın, həm də kişi orqanizmində testosterondan sintez olunur. Aromataza fermenti kişilərdə testislərində (xaya), süd vəzilərində və piy toxumasında mövcuddur.

Kişi orqanizmində estrogenlər spermatozoidlərin yetişməsində və seminal mayenin sintezində mühüm rol oynayır, həmçinin potensiyanın tənzimlənməsində iştirak edərək intim və reproduktiv sağlamlığın qorunmasında önəmli rol oynayır.

Hər iki qrup hormonlar, yəni həm androgenlər, həm də estrogenlər, kişi orqanizminin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edirlər. Androgen/Estrogen nisbətinin pozulması kişilərdə bir sıra xəstəliklərə səbəb ola bilər. Hiperestrogeniya, estrogenlərin testosterondan sintezinin artması və nəticədə qanda və toxumalarda səviyyəsinin normadan çox olmasıdır.

Yaşla, kişilərdə aromataza aktivliyi artır, bu da estrogen sintezinin artmasına və androgen səviyyəsinin nisbi azalmasına səbəb olur. Estrogen/androgen nisbətinin optimal indeksi pozulur, bu da müxtəlif xəstəliklərlə, həmçinin prostat vəz adenoması, prostat vəz hiperplaziyası, sonsuzluq kimi xəstəliklərlə nəticələnə bilər.

Artıq çəkidən əziyyət çəkən kişilərdə aromataza fermentinin aktivliyi artır. Aromataza fermentinin yüksək aktivliyə malik olduğu piy toxuması hüceyrələrində daha çox estrogen sintez edilir ki, bu da öz növbəsində bədəndə estrogen səviyyəsinin artmasına və estrogen/testosteron balansının pozulmasına səbəb olur. Hiperestrogeniya nəticəsində bu dəyişikliklər kişilərdə bel və sinə nahiyəsində piy toxumasının daha da artmasına, potensiyanın azalmasına, emosional gərginliyə və əhval-ruhiyyənin pisləşməsinə, əzələ zəifliyinə, həmçinin prostat vəzinin hiperplaziyası və adenoması kimi bir sıra xəstəliklərin inkişafına səbəb olur. Kişilərdə estrogen/testosteron nisbətinin pozulması həmçinin keyfiyyətli spermatozoidlərin yetişməsi prosesinə tormozlayıcı təsir göstərə bilər və beləliklə sonsuzluğa da səbəb ola bilər.

INOVASOL 600® Aromataza fermentinin modulyatorudur, testosteronun estrogenlərə çevrilməsinin qarşısını alaraq hormonal balansı normallaşdırır.

INOVASOL 600® kişilərdə hiperestrogen vəziyyətlərinin müalicəsində yeni və effektiv müalicə strategiyasıdır.

Back to top of page
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare