Aromataza fermenti aktivliyinin modulyatoru

Həm kişilərdə həm qadınlarda hormonal və reproduktiv patologiyaların müalicəsi üçün innovasion preparat

Hormonal balans sağlamlığın əsas bünövrəsidir.

Hormonlar hər bir insanın gündəlik həyatının bir çox sahəsinə təsir göstərir, əhvalımızı, görünüşümüzü və ümumi rifahımızı idarə edirlər.

Hormonal disbalans özünü müxtəlif əlamətlərlə göstərə bilər: yorğunluq və əhval dəyişiklikləri, dəri problemləri və hətta ciddi xəstəliklərlə nəticələnə bilər. Məsələn, cinsi hormonların səviyyəsinin dəyişməsi reproduktiv sağlamlığa təsir edə bilər, sonsuzluq və menstrual tsikl pozğunluqları, osteoporoz yarada bilər və çəki probleminə səbəb ola bilər. Hormonal disbalans psixo-emosional vəziyyətə də təsir edərək depressiya, narahatlıq, əsəbilik, yuxu və yaddaş pozğunluqlarına səbəb ola bilər.

Qadın orqanizmində estrogenlərin rolu

Estrogenlər həm qadın, həm də kişi orqanizmində aromataza fermentinin təsiri ilə testosterondan sintez olunur. Aromataza fermenti yalnız qadınların yumurtalıqlarında və kişilərin testislərində deyil, həm də endometriumun hüceyrələrində, süd vəzilərində və yağ toxumasında mövcuddur. Qadınlarda estrogenlər menstrual dövrün tənzimlənməsində və endometriumun yetişməsində iştirak edirlər.

Onlar qadın libidosunun tənzimlənməsində iştirak edərək intim sağlamlığın qorunmasında mühüm rol oynayırlar.

Hiperestrogeniya, estrogenlərin testosterondan sintezinin artması və nəticədə qanda və toxumalarda səviyyəsinin normadan çox olmasıdır.

Aromataza, estrogenlərin biosintezini tənzimləyən əsas fermentdir. Qadın orqanizmində aromataza fermenti yüksək miqdarda yumurtalıqlarda, endometriumda, süd vəzilərində, qalxanabənzər vəzlərdə, piy toxumasında və dəri epitelində mövcuddur. Endometriumda, qalxanabənzər vəzlərdə, süd vəzilərində və yağ toxumasında lokal olaraq aromataza fermentinin aktivliyinin artması, estrogenlərin həddindən artıq sintezini artırır ki, bu da endometrioz, mioma, polip, mastopatiya və s. kimi hiperestrogenik vəziyyətlərin inkişafına səbəb olur.

INOVASOL 600®

INOVASOL 600® aromataza fermentinin aktivliyini tənzimləyir və nəticədə optimal estrogen balansını təmin edir.


INOVASOL 600® yüksək estrogen səviyyələrini normallaşdırmaqla, estrogendən asılı xəstəliklərin inkişafının qarşısını alır, simptomları aradan qaldırır, xəstələrin həyat keyfiyyətini yaxşılaşdırır və residivlərin rast gəlinmə tezliyini azaldır.

Back to top of page
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare